Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edilə bilər

# 11:57
22 dekabr 2022

ABŞ senatı rəsmi olaraq dövlət qulluqçularına iş telefonlarında “TikTok”dan istifadəni qadağan etməyə hazırlaşır.

 

Lent.az-ın yaydığı məlumata görə, senat sözçüləri qəbul edilmiş layihənin bu həftənin sonuna qədər qüvvəyə minəcəyini bildirib. Belə ki, onlar “TikTok” sosial şəbəkəsinin Amerikanın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi olacağını iddia edib.

 

Layihə təsdiq olunduqdan sonra prezident Co Bayden tərəfindən imzalanacaq.

 

Qeyd edək ki, Amerikada istifadəçilər arasında “TikTok”un geniş yayılması hələ keçmiş prezident Donald Trampın narahatlığına səbəb olmuşdu. O, bu sosial platformanın məhdudlaşdırılması üçün səy göstərsə də, bu cəhdi heç bir nəticə verməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR