Qarlı hava Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirdi
Ötən gündən etibarən müşahidə olunan qarlı, şaxtalı hava Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirib.
Dekabrın 4-ü, gecə saatlarından başlayan qar yolun bəzi hissələrində buzlaşmaya səbəb olub. Əsas çətinliklər isə aşırımlarda müşahidə olunur. Xüsusilə yolun Yasamal aşırımı hissəsindən keçən ərazidə buzlaşma müşahidə olunur.
Yük maşınları və minik avtomobillərinin sürücüləri maşınları mənzil başına çatmamış saxlamaq məcburiyyətində qalıb. Yolda qalan sərnişinlər maşınları tərk edərək, piyada hərəkət etməli olublar.
Vəziyyətin çətinliyi nəzərə alınaraq yola qum və duz səpilib.
Qeyd edək ki, qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur. Yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb. Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.
DİGƏR XƏBƏRLƏR

Keçmiş həyat yoldaşını dəfələrlə təhdid etdi, yoldaşı ilə birgə 3 nəfəri bıçaqladı

Gedişhaqqı əslində niyə artırıldı?

Sabiq icra başçı pulları necə mənimsəməsindən danışdı
