Bu yollar buz bağlayacaq - PROQNOZ AÇIQLANDI
Dekabrın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 2-4, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774-ə yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
DİGƏR XƏBƏRLƏR

Dördüncü sinif şagirdi necə itkin düşüb? - Məktəb direktoru APA TV-yə danışdı

Zəlzələ bölgəsində olanlar necə Azərbaycana qayıda bilərlər? - Səfirdən APA TV-yə eksklüziv açıqlama

Lənkəran və Masallıda Türkiyəyə yardım üçün izdiham yaşanır
