Bufetlərdəki ölümcül qidalar - uşaqlarımız nə yeyir?

# 09:30
3 dekabr 2022

Bu gün orta məktəblər ilə bağlı əsas narahatlıq yaradan amillərdən biri də məktəblərin bufetləridir. Əksər valideynlər və şagirdlər şikayətlənirlər ki, bufetlərdə gigiyenik qaydalara əməl olunmur, təklif olunan yeməklər keyfiyyətsiz, qiyməti isə yüksəkdir. Keçirdiyimiz sorğu zamanı da bunun şahidi olduq.

 

 

Bəs niyə övladlarımıza sağlam qidalanma məsələsində yetərincə diqqət ayıra bilmirik?

 

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, məktəb bufetlərində satılan qidaların keyfiyyəti sual altındadır. Buna da məktəblərdə baş verən zəhərlənmələr və yaxud qəfil ölüm hallarını misal göstərmək olar: “Çünki bir çox hallarda məktəb bufetlərində əvvəllər sadəcə günlük yeni bişirilən bulkalar olurdusa və yaxud digər məhsullar olurdusa bu gün məktəb bufetlərində rəf ömrü uzun olan və yaxud sağlamlıq üçün həddindən artıq zərərli olan suxariklər, çipsilər və yaxud da un məmulatları var ki, bunlar 6 ay bəzən də 1-2 il rəf ömrü olan qidalardır. Və bir çox hallarda da 1-ci smen də təhsil alan şagirdlər var ki, bunlar səhər yeməyi etmədən məktəbə gedirlər, belə olan halda da artıq 11-12 radələrində əl çatan nə varsa həmin qidalar ilə qidalanır”.

 

 

Mütəxəssis onu da bildirdi ki, şagirdlərin qida rasionunda az çeşidli, ancaq təbii qidaların olması daha yaxşı olardı: “Buna yeni hazırlanan qidaları eyni zamanda da raketlənmiş məhsullarının çoxunu uzaqlaşdırılmasını tövsiyə edirik. Çünki belə olan hal da təbii ki, ölüm halları zəhərlənmə halları baş verdikdə konkret olaraq hansı qidadan olduğunu belə bir çox hallarda təyin edə bilmirlər. Belə deyərdim ki, bir çox hallar da məktəbdə direktorlar həmin bufet ərazisini sahibkarlara icarəyə verir və belə olan hal da məktəb bufeti ayrıca fəaliyyət göstərən bir biznes obyektinə çevrilir. Amma yaxşı olar ki, bunlar birlikdə fəaliyyət göstərsinlər və xüsusi ilə orda satılan rəngli qazlı içkilər var ki, bunlar insan orqanizmə bir başa olaraq zərərlidir və xüsusilə yeniyetməlik çağında olan istər qızlara istər oğlanlara çox zərərlidir”.

 

Ekspert bildirib ki, bufetlərdə satılmayan məhsulların qalıb-qalmadığı, düzgün temperaturda saxlanılıb-saxlanılmadığı müvafiq qurum tərəfindən mütəmadi olaraq yoxlanılmalı, bu kimi halların qarşısı alınmalıdır.

 

Təhsil eksperti Səbuhi Abdullayev də məktəblərdə bufetlərlə bağlı problemlərin olduğunu təsdiqlədi: “Əlbəttə ki, məktəblər bu problemlər olmasın deyə şirniyyatlar və quru yeməklərə daha çox diqqət ayırır amma bununla yanaşı sendviçlər yüngül yeməklərdən də istifadə olunur və bu yeməklərə adətən şagirdlər daha çox diqqət ayırırlar. Bəzən də bunların saxlanma şəraitində olan problemlər, düzgün saxlama şəraitinin olmaması və yaxud da vaxtının keçməsi kimi problemlər şagirdin narahatçılığına bəzən də zəhərlənməsinə səbəb ola bilər. Düşünürəm ki, isti yemək verən məktəblər də saxlama şəraitinə diqqət etməlidirlər ki, şagirdlərin qidalanmalarında bu kimi problemlər olmasın. Əlbəttə ki, bundan qaçmaq üçün məhsulların saxlanma müddəti və şəraitinə diqqət etmək lazımdır”.

 

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Elşad Cəbrayılovun sözlərinə görə, nəzarətin həyata keçirilməsi üçün məktəb rəhbərləri bufetlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasını təmin etməlidirlər: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ali və orta təhsil müəssisələrində qanunvericiliyə uyğun nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri ilə bağlı bildirmək istəyirik ki, təhsil müəssisələrinin rəhbərləri qida obyektinə aid olan öz obyektlərini  Qida Təhlükəsizliyi qeydiyyatına aldırılmasını təmin etməlidirlər və qeydiyyata alarkən agentlik tərəfindən həmin obyektin qiymətləndirilməsi həyata keçirilir.

 

Qida və həmin bu təhsil müəssisələrinin qida obyektlərində məhsulların qəbulu zamanı saxlanmasına ciddi riayət edilməlidir”.

 

Elşad Cəbrayılovun sözlərinə görə, təhsil müəssisələrinə qida qəbulu zamanı mütləq qida təhlükəsizliyi sertifikatı tələb olunmalıdır: “Müşayiət edici sənədləri olmayan heyvan mənşəli məhsullar münasibətdə baytarlıq sənədləri tələb olunmalıdır idxal olunan qida məhsulları ilə münasibətdə qida təhlükəsizliyi sertifikatı istənilməlidir o cümlədən yerli istehsal məhsulları ilə münasibətdə isə istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair çıxarış tələb edilməlidir. Təhsil müəssisələrinin rəhbərləri qida blokunda çalışan şəxslərin tibbi müayinədən keçirilməsini təmin etməlidirlər. Bu müayinə il ərzində iki dəfə həyata keçirilməlidir”.

 

Mütəxəssislər onu da məsləhət görürlər ki, istənilən hal da bufetlərdən aldığımız məhsulun tarixinə, saxlanma şəraitinə diqqət etməliyik. Uşaqlara da bu vərdiş aşılanmalıdır. Əks halda övladlarımızın sağlamlığına təhlükə yarana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR