Burda yaşıl şəhər yaratmağı nəzərdə tuturuq - Britaniyalı mütəxəssis

# 17:37
5 oktyabr 2022

Britaniyanın "Chapman Taylor" şirkəti Cəbrayılın baş planının hazırlanmasında iştirak etmək istəyir.

 

APA TV xəbər verir ki, bu barədə şirkətinin direktoru Marselina Zielinska deyib.

 

O bildirib ki, memarlıq şirkəti Şuşanın baş planının hazırlanmasında iştirak edib, Azərbaycan hökumətinə təkliflər irəli sürüb:

 

“Bilirsiniz, Şuşa tamamilə dağılmışdı, indi burada restoranlar, otellər, mağazalar tikilib, rekonstruksiya işləri davam edir. Proses sürətlə gedir və biz yenidənqurmanın sürətli getməsindən təsirlənmişik. Sanki Azərbaycan xalqı bu prosesə səfərbər olub”.

 

Marselina Zielinska Cəbrayılın baş planının Şuşadan fərqli yöndə olacağını deyib: “Cəbrayılla da maraqlanırıq, bu şəhərin baş planın hazırlanmasında iştirak etmək istəyirik. Şuşa mədəniyyət paytaxtıdır, Cəbrayıl isə daha çox əhali yönümlü olacaq. Təbii ki, burada da mağazalar, restoranlar olacaq. Cəbrayılın gözəl təbiəti var. Burda yaşıl şəhər yaratmağı nəzərdə tuturuq. Cəbrayılın yaxşı mənzərəsi var və təbiətə çox da müdaxilə olunmasını istəmirik”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR