Burunlu sakinləri niyə ayaqqabıdan istifadə etmir?
Zərdab rayonunun Burunlu kənd sakinləri bərbad kənd yolunun yararsız vəziyyətindən şikayətçidirlər.
Vətəndaşlar deyir ki, qış və payız aylarında ümumiyyətlə ayaqqabıdan istifadə etmirlər, daha doğrusu edə bilmirlər. Çünki yol elə bir vəziyyətdədir ki palçıq ayaqqabının içinə dolur. Qışda palçıq, yayda toz görmək istəməyənlər isə bir-bir evlərini satıb şəhərə gedirlər. Camaat deyir ki, qış aylarında kəndə qonaq gələndə sözün əsil mənasında xəcalətimizdən ölürük.
Məsələyə münasibət bildirən icra nümayəndəsinin müavini Siyavuş Kərimov məsələdən xəbərdar olduqlarını və müvafiq qurumlara müraciət edildiyini bildirib.
Qeyd edək ki, Burunlu kəndində 2 mindən çox sakin yaşayır.