Cəbhədə gərginlik: Ordumuzun mövqeləri YENƏ ATƏŞƏ TUTULDU

# 12:13
15 fevral 2022

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.

 

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR