“Cəfər Cabbarlı” stansiyasında təmir işlərinə ilk olaraq yerüstü sahədən başlanılıb
“Cəfər Cabbarlı” stansiyasında yenidənqurma tədbirləri ilk olaraq yerüstü sahədə başlanılıb. Bunu APA TV-yə açıqlamasında "Bakı Metropoliten"-nin mətbuatxidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, hazırda işlərin planlı şəkildə getdiyini vurğulayıb:
"Bakı Metropoliten"-nin Cəfər Cabbarlı stansiyasında əsaslı yenidənqurma işləri bir müddətdir ki, start götürüb. Təmir işlərinə ilk olaraq yerüstü sahədən başlanılıb. Əsas vəzifə stansiya konstruksiyasının mühafizəsinin gücləndirilməsidir. Bu işlər bir neçə istiqamətədə aparılır. Bunlardan birincisi stansiya üzərində izolyasiya qatının yaradılmasıdır. İkinci əsas vəzifə kommunikasiya xətlərinin yenidən qurulmasıdır. İşlərin yekununda stansiya üzərində daş örtüyünün zədələnərək sıradan çıxmış hissələri yenisiylə əvəzlənəcək. Ümumiyyətlə bu işlər görülərkən ətraf ərazinin estetik görkəminə uyğunluğuna xüsusi diqqət yetiriləcək. Hazırda işlər bir neçə istiqamətdə aparılır. Bunun əsas səbəbi isə işlərin sürətlə yekunlaşdırılmasıdır. Hazırda işlər planlı şəkildə davam etdirilir”.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
