Cəlilabadda DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI
Prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən il mayın 9-da Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 68 yaşlı Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində mayın 27-də ölməsi faktı ilə bağlı ə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Cinayət işi yenidən öyrənildikdən sonra bu il aprelin 6-da dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.
İstintaqla zərərçəkmişin ögey oğlu 55 yaşlı Sabir Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birgə yaşadıqları evdə təpiklə Gülgəz Əsədovanın sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında iyulun 16-da Sabir Əsədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR

Ermənistanda xəyal qırıqlığı: “Guya Tehranın Bakının planlarından xəbəri yox idi?”

Qubada kafelərə qənim kəsilənlər tutuldular

Camalovların yurd sevinci - Kəndi minalardan özü təmizləyir
