Cəlilabadda xüsusi əməliyyat: saxlanılanlar var

# 12:49
28 fevral 2022

Cəlilabadda xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın heroin və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə çatdırmaqla satışını təşkil etməli olublar.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Cəlilabad

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR