Çexiya rus və belaruslu idmançılara qarşı: Gələ bilməzlər

# 17:54
30 mart 2023

Çexiya da rusiyalı və belaruslu idmançıların “2024-Paris” Olimpia oyunlarına qatılmalarının əleyhinə çıxıb.

 

Çexiyanın Xarici işlər naziri Jan Lipavski bildirib ki, Olimpia xəyalları yerlə bir olan onlarla ukraynalı idmançı müharibədə həlak olarkən rus və belaruslu idmançıların yarışlarda iştirakı qəbul edilməzdir. Nazir Olimpia Komitəsinin son qərarının başa düşülən olmadığını bildirib.

 

Bir müddət öncə Beynəlxalq Olimpia Komitəsi rusiyalı və belaruslu idmançılara tətbiq edilən qadağanın ləğv olunacağını bildirmişdi. Yeni qərarə əsasən, idmançılar ölkələrini təmsil etmədən – bitərəf şəkildə oyunlarda iştirak edə biləcəklər.

Lakin müharibəni dəstəkləyən heç bir idmançıya şans verilməyəcək.

 

Bu açıqlamanın ardından başda İngiltərə və Polşa olmaqla, bir çox ölkə qərara etiraz etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR