Çövkən oyununu dünyaya necə tanıdaq? - Bilal Ərdoğan açıqladı

# 17:11
5 mart 2022

“Biz düşünürük ki, Gədəbəydəki Milli Yaylaq Festivalını bu il yenidən keçirək”.

 

APA TV xəbər verir ki, bunu Bakıda olan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib. Onun sözlərinə görə, hətta ona bənzər bir festival Bakıda keçirilə bilər.

 

“Hətta ona bənzər bir festivalı Bakıda da keçirməyi planlaşdırırıq. Bu həm də daha çox kütləyə çatmaq deməkdir. Bu gün hörmətli nazirlə də bu mövzunu danışırıq. Çövkən oyunun Azərbaycanda deyil, dünya çapında tanınması üçün addımlar atılmalıdır. Çünki milli mədəniyyətimizi dünyaya tanıtmağımız həm də ölkəmizi tanıtmağımız, dünyaya daha geniş sferada göstərməyimiz deməkdir. Biz bunu üzvümüz olan bütün ölkələr üçün etməyi düşünürük. Məqsəd odur ki, bizə yad idman növlərini gətirməkdənsə, öz milli oyunlarımızı təbliğ edək, tanıdaq”, - deyə Bilal Ərdoğan vurğulayıb.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR