Dağüstü parkda qız özünü hündürlükdən atıb

# 14:29
12 aprel 2022

Bakının Səbail rayonunda 23 yaşlı qız özünü qayadan atıb.

 

APA TV xəbər verir ki, 23 yaşlı A.Cavadova özünü Dağüstü parkda hündürlükdən atıb. Ağır xəsarətlər alan gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

 

Mərkəzdən APA-ya verilən xəbərə görə qızın müayinələri aparılıb. Ona sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması diaqnozu qoyulub. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR