Daha bir deputatın mandatı ləğv edilir
Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb.
Bu barədə APA Milli Məclisdən məlumat əldə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.