Dahi bəstəkarın nəvəsi işə gedərkən öldü

# 18:39
18 may 2022

Dahi bəstəkar Fikrət Əmirovun nəvəsi Pərviz Xəlilov qəfil vəfat edib.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pərviz Xəlilov bu gün səhər Bakıda işə gedərkən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi bildirilir.

 

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Pərviz Xəlilov Fikrət Əmirovun qızı Afət Xəlilovanın oğludur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR