Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib

# 18:12
21 oktyabr 2022

Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə-Daşkəsən xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər - 1983-cü il təvəllüdlü Rzayev Ədalət Məsim oğlu, 1983-cü il təvəllüdlü Quliyev Abuzər Mobil oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Dilşad İsa qızı, 1963-cü il təvəllüdlü Sayadova Raya Əli qızı, 1986-cı il təvəllüdlü İmanova Ramilə Eyvaz qızı və 1955-ci il təvəllüdlü Abbasova Əntiqə İsmayıl qızı xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası xəsarət alanları xəstəxanaya çatdırıb.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA TV-yə bildirib ki, yol qəzası nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların hamısının vəziyyəti normaldır, həyati təhlükələri yoxdur. Onlardan bəziləri ilkin yardım göstəriləndən sonra evə buraxılıb.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Yolda hərəkət bərpa olunub.

Faktla bağlı araşdırmalara başlanıb.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov,  APA TV Daşkəsən

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR