Daşqın 7 nəfərin ölümünə səbəb oldu

# 10:45
9 avqust 2022

Cənubi Koreyanın paytaxtı Seulda daşqın nəticəsində 7 nəfər ölüb, 7 nəfər itkin düşüb. APA TV-nin Yonhapa istinadla məlumatına görə, bu, Koreyada son 80 ildə baş vermiş ən güclü daşqındır. Təbii fəlakət nəticəsində səhər saatlarında metro stansiyalarını su basıb, küçələrin çoxunda hərəkət dayanıb. Həlak olabnlar əsasən zirzəmilərdə yaşayan insanlardır. Xilasedicilər əhalinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR