Dəhşətli qəza: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR - APA TV

# 14:57
28 iyun 2022

Tovuzda ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

 

“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 25 yaşlı Həzirətabbas Hümbətov və 17 yaşlı Aykut Atayev hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər - 13 yaşlı Uğur Hüseynov, 21 yaşlı Elşən Quliyev və 20 yaşlı  Nurlan Abbasov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR