Dəhşətli qəzaya səbəb olan şəxsin SÜRÜCÜLÜK VƏSİQƏSİ OLMAYIB

# 12:42
2 iyul 2022

Göygöldə yük maşını ilə minik maşınının toqquşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Samux rayon sakini 25 yaşlı Orxan Hümbətov idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə magistral yola çıxan zaman Nəribala Bayramovun idarə etdiyi “DAF“  yük maşını ilə toqquşub. Qəza zamanı “VAZ 2107“ sürücüsü 25 yaşlı Orxan Hümbətov, onun həyat yoldaşı 26 yaşlı Sona, sürücünün 2 yaşlı oğlu İbrahim, 13 yaşlı Aylin Yusibova və Fidan Neymətli hadisə yerində ölüblər. 21 yaşlı Elsəvər Şahməmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki qəzaya düşənlərin 3-ü bir ailənin üzvləri, digərləri isə onların qohumlarıdır. İlkin məlumata görə qəzaya səbəb olan “VAZ 2107” markalı avtomobildə olanlar istirahətdən qayıdırlarmış. İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb və o, əsas yola çıxan zaman yük maşınını gözləməyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR