Dəm qazı faciəsi: Necə qurtulmaq olar?
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il “Azəriqaz”-İB-nə 67 min 562 az müraciət daxil olub”.
APA TV xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. O, həmçinin dəm qazından boğulma hallarının baş verməməsi üçün abonentləri daha da diqqətli olmağa çağırıb: “Çox xahiş edirik ki, səhlənkar olmasınlar, hamam otaqlarının standartlarına uyğun olduğuna və tüstü bacalarını vaxtında təmizlənməsinə nəzarət etsinlər”.
Daha sonra çıxış edən qurumun şöbə rəisi İbrahim Kərbəlayev bildirib ki, bu gün təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi, sayğacların əvəzlənməsi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı edilən müraciətlər ötən ilə nisbətən az olub: “Cari ilin 9 ayı ərzində 6251 müraciət daxil olub, bunlardan 4615 müraciət “OpenText” proqramı vasitəsilə, 1636 müraciət isə elektron formada daxil olub. Ötən illə müqyisədə 1320 az daxil olub. Bu da yerlərdə, bölgələrdə keçirdiyimiz mütəmadi aksiyalarımızın nəticəsidir”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev isə bildirdi ki, hazırda MTK-larda 40 minə yaxın yeni sayğacların quraşdırlması prosesi davam edir: “Mobil telefonlarınız vasitəsilə nə qədər limiti keçmisiniz, nə qədər ödəniş etməlisiniz, problemli abonentdirsə onu evinə getmədən mübahisələr olmadan bunu həll etmək olar.Abonent pulunu ödəyən kimi dərhal qazın verilişi bərpa olunacaq. Daha SOCAR Azəriqaz İB-ya zəng etməyinə ehtiyac yaranmayacaq”.
“Azəriqaz”ın inzibati binasında keçirilən aksiya birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığı üçün abonentlərin sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də məsul şəxslər tərəfindən cavablandırılıb.
NURLAN SAKİTOĞLU
ZİYA ALLAHYAROV
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV

İtkin düşənlərin qaranlıq taleyi – Ermənistan hələ də susur – APA TV

Ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etdi – APA TV
