Dənizdə batan bacılar vəzifəli şəxsin qızları imiş

# 11:45
21 iyul 2022

Ötən gün dənizdə boğulan iki bacı ilə bağlı bəzi məlumatlar məlum olub.

 

APA TV-nin məlumatına görə, suda boğulan 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

 

Xatırladaq ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

 

Böyük bacının meyiti ötən gün artıq dənizdən çıxarılıb. Kiçik bacının cəsədi də bu gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 11 kilometr aralıdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

 

Qeyd edək ki, ailə Xətai rayon ərazisində yaşayır. Aysel bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Kiçik bacı da ali təhsil almaq üçün hazırlıq kurslarına gedirmiş.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR