Dənizdə batan qazinin meyiti görün haradan TAPILDI

# 14:32
30 iyul 2022

Xəzər dənizində balıq tutanda batan şəxslərdən digərinin də meyiti tapılıb.

 

APA TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Xəbərə görə, iyulun 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib və dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd olunub ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.

 

Xatırladaq ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Sübhan Zöhrabovun isə Vətən Müharibəsi qazisi olduğu bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR