Deputat: “Elmə və təhsilə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır”

# 14:29
23 aprel 2021

“Xarici ölkələrdə 5-7 ildən bir yaradıcılıq məzuniyyəti verilir. Bu, tam əməkhaqqı saxlanılmaqla edilir”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, bunu qanunvericilik qaydasında həll etmək lazımdır: “Ali Təhsil haqqında” qanun layihəsi də hazırlanmaqdadır. Yaxşı olar ki, bu müddəa həmin layihəyə daxil edilsin. Digər tərəfdən gələn ilin büdcə müzakirələri artıq hökumətdə başlayıb. Elmə və təhsilə ayrılan xərclər bir neçə dəfə artırılmalıdır. Bunu etməyəcəyimiz təqdirdə Azərbaycanda elmin sürətli inkişafından söhbət gedə bilməz”.

 

Deputat həmçinin polis və təhlükəsizlik əməkdaşlarının demoralizasiya olunmasını müşahidə etdiyini də bildirib.

 

Onun sözlərinə görə, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var: “Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.

 

Deputat qeyd edib ki, bu yaxınlarda prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib: “Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR