Deputat Naqif Həmzəyev şagirdlərin gözlərinin zəifliyi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib
“Orta məktəblərdə ön sıralarda oturmaq üstündə şagirdlər və valideynlər arasında rəqabət var”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bizim uşaqlar uzağı görmə sahəsində problemlə üz-üzədir: “Elm və Təhsil Nazirliyi unutmasın ki, biz həm də sağlam gənclik yetişdirməliyik. Orta məktəblərdə uşaqların görmə qabiliyyəti ilə bağlı təcili yoxlamalar aparılmalıdır. Səhiyyə Nazirliyi də bu prosesdə iştirak etməlidir. Mən nazirliklərlə əlaqə saxladım. Biz gələcəkdə uzağı görmə üzrə əlil vətəndaşların sayının artmasının şahidi olacağıq. Bu problemin üstünə Yeni ildən düşməliyik”.
DİGƏR XƏBƏRLƏR

“Sevdiklərimin səsini eşitmək istəyirəm” - Ayanın ürək dağlayan sözləri…

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı
