DİQQƏT! Bu maşınlar Bakıya ancaq və ancaq gecə girə biləcəklər

# 18:41
28 noyabr 2022

Nazirlər Kabinetinin yeni qərarına əsasən, 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.

 

Qərarın Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar verildiyi bildirilir.

 

Bəs yeni qərar Bakının canını tıxaclardan qurtaracaqmı? Tıxacı həqiqətənmi ağırtonajlı avtomobillər yaradır?

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, Bakıdakı tıxacların azalmasına yönələn bu qərar yeganə çıxış yolu deyil.

 

Digər nəqliyyat eksperti Rauf Ağamirzəyev də düşünür ki, ölkədə ictimai nəqliyyatın hərəkətinə nəzarətin zəif olması tıxacın yaranmasının başlıca səbəbidir.

 

Gördüyünüz kimi... məsələ təkcə yük avtomobillərinin Bakıya girişi ilə bağlı deyil. Bu sahədə çox ciddi və kompleks tədbirlərə ehtiyac var.

 

Əks halda, Nəzərə alsaq ki, Azərbaycana hər il 50 mindən çox avtomobil gətirilir, o zaman çox yox, cəmi 5 il sonrakı Bakı küçülərini təsəvvür eləmək çətin deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR