Doğum günündə oğlunun şəhid olduğunu öyrəndi
Şəhid Ceyhun Səfərov 1 bacının 3 qardaşından biri, Səfərovlar ailəsinin son beşiyi idi. O, uşaqlıq illərindən zəhmətkeş, mehriban, fədakar, valideynlərinin qeydinə qalan, idmana meylli və cəsur olub. Vətən müharibəsi başlayanda da könüllü olaraq hərbi komissarlıqda qeydiyyatdan keçib və gələn çağırışa sevinclə qarşılıq verərək müharibəyə yollanıb.
Əsgər Səfərov Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız ötən il oktyabr ayının 20-də Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olur. Lerik rayonunun Cənginəvud kəndində dəfn olunub. Atası Akif kişi öz doğum günündə oğlunun şəhidlik zirvəsinə ucaldığını öyrənib.
Əsgər Ceyhun Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
#Ceyhun Səfərov #şəhid #Zəngilan #Vətən uğrunda
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lerik