Doğuş zamanı ölən yeniyetmə qızın evi önündə GƏRGİN ANLAR - VİDEO

# 01:09
9 fevral 2022

Yeniyetmə qızın bətnindəki körpə ilə birgə ölüm xəbəri bu gün səhər saatlarından etibarən bütün gündəmini bir-birinə vurdu. Əslində xəbər bir neçə gün öncəyə aid idi. Lakin rəsmi açıqlamanın verilməsi ilə necə deyərlər, qaysaq bağlamış yaradan qan axmağa başladı.

Deməli, Xəzər rayon Prokurorluğundan APA TV-yə açıqlama verildi ki, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü yeniyetmə və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxs ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib  və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

“Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. Anasının deməyinə görə düşüş 1 gün öncə baş verib. Həyat yoldaşının fikrinə görə isə düşüş 1 saat öncə baş verib”.

Həkimlə müsahibədən aydın oldu ki, ailə daxilində tərəddüdlü məqamlar var. Məsələn, qızın anasının bir gün kimi hesabladığı müddəti həyat yoldaşı bir saat olaraq açıqlayıbmış. Hadisənin təfərrüatlarını aydınlaşdırmağa çalışdıqda isə yeniyetmənin 28 yaşlı həyat yoldaşı ilə könüllü nişanlandığı ortaya çıxdı. Belə ki, 16 yaşlı qızın əvvəllər yaşadığı evə gəldikdə bizi qarşılayan qonşular cütlüyün xeyli müddətdir bir-birini sevdiyini bildirdilər.

Söz yox, baş vermiş hadisənin təfərrüatlarını araşdırdıqca ortaya çıxan məqamlar istər mənəvi, istərsə də sosial baxımdan sarı simlərimizə toxuna bilər. Üstəlik, meyitə baxış keçirilən zaman onun üzərində hər hansısa zorakılıq əlamətləri də aşkarlanmayıb. Lakin ortada ölüm qədər dəhşətli bir fakt var. Və bu fakt həm dünyaya gəlmədən tələf olan dölün, həm 16 yaşlı ananın, həm də onun ailəsinin faciəsini əks etdirir.

Yeri gəlmişkən, faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR