Dörd gün əvvəl qəzaya düşən şəxs öldü

# 14:57
3 sentyabr 2022

Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb.

 

APA TV-nin məlumatına görə, Oğuz rayon Mollalı kənd sakini Böyükağa Məhəmməd oğlu Hacıyev bu gün müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki, avqustun 30-u axşam saatlarında rayonun Mollalı kənd sakini 1966-cı il təvəllüdlü Yusif Müslüm oğlu Abışov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan  sürücü Yusif Abışov və sərnişini Böyükağa Hacıyev Şəki RMX-a yerləşdiriliblər.

 

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR