Dövlət başçılarından Putinə maraqlı HƏDİYYƏLƏR

# 18:37
7 oktyabr 2022

Rusiya prezidenti Vladimir Putinin ad günündə olduğu Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə gələn jurnalistlər tədbir iştirakçılarının dövlət başçısına hansı hədiyyələr təqdim etdiklərini öyrəniblər. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Belarus lideri Aleksandr Lukaşenko günün qəhrəmanına özünün istifadə etdiyi eyni modeldə olan “Belarus” traktorunu hədiyyə edib. Oxşar maşın kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.

 

“Ən yaxşısıdır. Mən ona bir toxumsəpən əlavəsini də təklif edəcəyəm. Biz taxıl əkəcəyik, onu yetişdirəcəyik və - Polşa prezidenti Anjey Duda, Polşanın baş naziri Mateuş Moravetsokm, Avropadakılar, Ukraynadakılar acından ölməsinlər və çörək oğurlamasınlar, yoxsul ölkələrə aparsınlar”, - deyə Lukaşenko bildirib.


Bundan əlavə, Tacikistan prezidenti Emoməli Rəhmon tədbirə onlarla qovun və qarpızdan hazırlanmış iki piramida da gətirib.

 

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Putinə 70 illik yubileyi münasibətilə açıqca hədiyyə etdiyini bildirib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR