Dronlar minaları necə təmizləyəcək?

# 17:09
14 aprel 2022

Minatəmizləmə əməliyyatlarına minaaxtaran dronlar da cəlb ediləcək. Xüsusi cihazlarla təchiz olunmuş dronlar əsasən hərbi əməliyyatlar aparılmış ərazilərdə mina sahələrinin dəqiq yerlərini aşkarlamaq işlərində istifadə edilir. Bu tətbiqdən Tərtər rayonunun işğaldan azad edilmiş Çaylı, Talış kəndləri və Suqovuşan qəsəbəsində mina və hərbi sursatlarla çirklənmiş ərazilərdə istifadə olunacaq.

Böyük Britaniyanın RPS Energy LTD. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Minatəmizləmə Agentliyi ilə əldə olunan razılaşmaya əsasən layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. 

Dronların üzərindəki geniş spektorlu, termal və yüksək dəqiqli  kameralar bir-birini tamamlayaraq, ərazi üzrə məlumatları toplayır. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır. 
Elgün Gəncimsoy, APA TV, Tərtər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR