Dünya siyasiləri erməniləri pərt edir: Xankəndidəki restorandan yemək sifariş etdilər
Ermənistan Laçın-Xankəndi yolundakı azərbaycanlı ekofəalların və könüllülərin aksiyalarını dünyaya israrla “humanitar fəlakət” və “blokada” kimi sırımağa çalışır. Üstəlik, bu yalanların yayılmasında bəzi xarici KİV-ləri də alət edirlər. Sözsüz ki, bu məsələdə erməni lobbisinin də xüsusi canfəşanlığı var. Yüz ildən artıqdır ki, yararlandıqları məzlum xalq obrazını Xankəndidəki əhaliyə köçürməyə çalışırlar.
Guya ki, Rusiya Sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilər hümanitar terrorla üz-üzə qalıblar. Hər gün işıqları sönür, qaz, internet problemi yaşanır, bölgədə ərzaq və tibbi ləvazimat qıtlığı yaranıb. Ancaq indi zəmanə başqadır. Həm Azərbaycan hökumətinin addımları, həm sosial şəbəkələrdə fəalların paylaşımları, həm də informasiya əlçatımlığı separatçıların və dəstəkçilərinin arzularını ürəklərində qoyur. Yüz illik erməni yalanları, saxta göz yaşları, özünü yazıq kimi göstərmək taktikası əvvəlki kimi işə yaramır.
Çox uzağa getməyək, elə Ermənistandan yaımlanan “Noyan Tapan” adlı yutub layihsində çıxış edən Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin köməkçisi Vladimir Poqosyan Laçın yolunda blokadanın olmadığını deyir. Bildirir ki, Qarabağdakı ermənilərə ərzaq və tibbi ləvazimatların göndərilməsi üçün bütün imkanlar var.
Ukraynalı deputat İqor Popov yerli mediaya açıqlamasında erməni yalanlarını ifşa edir. Bildirir ki, azərbaycanlı fəallar mülki və humanitar nəqliyyatın tranzitinə mane olmurlar.
Amma separatçı rejim vəziyyətdən istifadə edərək, ərzaq çatışmazlığı, humanitar fəlakət təhlükəsi adı ilə Azərbaycanı və fəalları ittiham edir.
Digər ukraynalı deputat Lyudmila Marçenko da vəziyyətin separatçıları iddia etdiyi kimi olmadığını və hətta bölgədəki ermənilərin sayının saxtalaşdırıldığını qeyd edib. Vardanyan 120 min sakindən danışır, lakin obyektiv hesablamalara görə, orada 40 min nəfər yaşayır, deyə Lyudmila Marçenko əlavə edib.
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Moldova ictimai telekanalına müsahibəsində bildirib ki, diqqəti Ukraynadakı müharibədən yayındırmaq və onu başqa istiqamətə yönəltmək üçün blokada söhbəti şişirdilir.
Rusiyalı hərbi ekspert İqor Korontçenko da öz sosial şəbəkə hesabından bildirib ki, vəziyyət ermənilərin təqdim etdiyi kimi deyil. “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin sayı 40 mindən çox deyil” deyə, ekspert paylaşım edib.
Ermənilərin blokada yalanlarını ifşa edən növbəti məlumat isə Ukraynanın “Pryamoy Kanal” televiziya kanalında yayımlanıb. Deputat Vladimir Kreydenko bildirib ki, humanitar fəlakət Qarabağda deyil, Ukraynada yaşanmaqdadır. İnternetdə yayılan sosial ekspertimentlərdən görünə bilər ki, Xankəndi şəhərində ermənilərə hər zövqə uyğun geniş çeşiddə yeməklər təklif edilir, vaxt və ziyarətçi sayına məhdudiyyət qoyulmur. Regionda iaşə müəssisələrinin fəaliyyətində məhdudiyyətlərin tətbiq edilməsi, buna guya ərzaq çatışmazlığı və enerjiyə qənaətin səbəb olması ilə bağlı səsləndirilən iddialar da yalandır deyə, Vladimir Kreydenko bildirib.
Sosial şəbəkələrin erməni seqmentində uşaq bağçasında çəkildiyi iddia edilən fotolar paylaşılmaqdadır. Guya ki, elektrik verilişi olmadığına görə soyuqdan donan erməni uşaqlar odun yandırılaraq isidilən sobanın ətrafında isinməyə çalışırlar. Amma fotodan aydın görünür ki, sobada odun yoxdur. Uşaqların geyimləri nazikdir. Üstəlik, arxa tərəfdə vay-fay aparatının işığı yanır. Bütün bu faktlar fotoların qara təbliğat və azərbaycanlılara böhtan məqsədilə çəkildiyini sübut edir.
Xarici KİV-lərdə Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin blokadaya alınması yalanının tirajlanması ilə bağlı kanalımıza açıqlama verən politoloq Zaur Məmmədov deyir ki, bu məsələdə erməni lobbisi aktivlik göstərir və müxtəlif ölkələrdəki beyin mərkləzlərinin əməkdaşları ilə sıx əlaqədədirlər. Politoloq əlavə edib ki, blokada yalanlarını daha çox ictimailəşdirən isə Fransadakı media resurslarıdır.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. Xatırladaq ki, ötən il dekabrın 12-dən başlayaraq azərbaycanlı ekofəallar və könüllülər Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyaya başlayıblar.
Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edirlər.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
