Elektrik mühərrikli avtomobillər üçün kreditlər neçə faizlə veriləcək?

# 21:15
23 sentyabr 2022

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üçün maliyyə əlçatanlığının təmin olunması üzrə təqdimat keçirilib.

APA TV xəbər verir ki, təqdimatda elektrik mühərrikli və hibrid avtomobillərə aşağı ilkin ödənişlə kreditin verilməsi barədə məlumat verilib. 

Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev jurnalistlərə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələrinin kreditlə satışında ilkin ödəniş məbləğinin endirilməsi Azərbaycanda avtoparkın yenilənməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, Mərkəzi Bankın təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” cari ilin iyul ayının 30-da qüvvəyə minib.

 “Kapital Bank”ın Pərakəndə satış departamentinin direktoru Məhəmməd İbrahimov isə qeyd edib ki,  öncə "Kapital Bank" yeni kredit məhsulunu bazara çıxaracaq.

Onun sözlərinə görə, təklif edilən kredit 100 min manat məbləğində nəzərdə tutulur. İlkin ödənişi 10% təşkil edən kredit 7%-lə 48 ay müddətinə veriləcək.

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru Rüfət Abbasov isə bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələri üzrə krediti bank 24 ay müddətinə 13% faiz, 24-60 ay müddətində isə 14%-lə təklif edəcək.

 

ŞƏMS QULİYEVA

CEYHUN MUSTAFAYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR