Əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması problemlər yaradır - Elman Nəsirov APA
"Əlilliyin qiymətləndirilməsi ilə bağlı çox müzakirələr gedir. Seçicilərimizdən də daha çox bu istiqamətdə müraciətlər daxil olur". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib. O bildirib ki, tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması nəticəsində problemlər ortaya çıxır: "Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmışam. Onlar bildirirlər ki, xəstəxanalardan daxil olan məlumatlar əsasında Nazirlər Kabinetinin müvafiq sənədlərinə əsasən qərar verirlər. Bu səbəbdən tibb müəssisələrində bu məsələyə diqqət yetirilməsini istəyirəm".
DİGƏR XƏBƏRLƏR

Prezidentin köməkçisi: Silahı yerə qoyan hərbçilər azaddırlar

Xırdalanda daha bir müəmma: 17 yaşlı qız özünü atdı - APA TV HADİSƏ YERİNDƏ

Bakı Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
