Elşənin qətlinin təfərrüatları: Qatilin kimliyi hamını şoka saldı
Belə ki, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Elşənin həyat yoldaşı Gülnar Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Onu da deyək ki, qonşuları arvadı tərəfindən qətlə yetirildiyi güman edilən Elşənin sakit və mədəni biri olduğunu deyirlər.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.
Aytən Sakitqızı
Xəyal İskəndərov
APA tv
DİGƏR XƏBƏRLƏR

Yeniyetmə 14 gün sonra yenə yoxa çıxdı

Bu günün valyuta məzənnələri - 31.01.2023

Qərb Ermənistanı Rusiyanın əlindən necə alır? - 200 nəfərlik missiya
