Ər hamilə arvadını öldürdü –DƏHŞƏT - APA TV
Abşeronda daha bir qətl hadisəsi olub.
Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, oktyabrın 22-i saat 1 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 28 yaşlı Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 7 yaşlı qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
DİGƏR XƏBƏRLƏR

Ermənistan hava məkanını İran PUA-larına niyə açır?

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıq verdi

Ermənistanda hərbçilər arasında atışma: ölən var
