Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”

# 07:30
24 may 2022

Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedir.

APA -nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin icalsından sonra açıqlamasında deyib.

O qeyd edib ki, İsveç və Finlandiyada Türkiyə qarşı atılan addımlar qəbul edilməyəcək. Ərdoğan əlavə edib ki, ötən günlərdə bu məsələləri NATO-nun Baş katibi və Alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.

“Biz işimizi, hansı addımları atacağımızı bilirik. Bu ölkələr artq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” eşitmək arasında seçim etməlidirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR