Ermənilər bu 3 ərazini tərk edirlər: Son tarix açıqlandı

# 17:42
8 avqust 2022

 

Ermənistan mediasında Laçın şəhəri, Zabux və Sis kəndlərinin avqustun 23-nə qədər boşaldılacağı haqqında xəbərlər yayılıb. Məlumata görə, ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ermənilərə bildiriblər ki, 23 avtqustda onlar ərazidən tamamilə çıxacaqlar. Ayın 25-də isə şəhər Azərbaycan Ordusunun tam nəzarətinə keçəcək. Laçında məskunlaşan bəzi ermənilər isə ərazini tərk edərkən evləri yandıracaqlarını bildiriblər. Artıq bununla bağlı sosial şəbəkələrdə çağırışlar da başlayıb. Qondarma rejimin ərazi üzrə nümayəndəsi Hayk Xanumyan isə mətbuata açıqlama verib ki, soydaşlarına şəhəri və kəndləri boşaldarkən evləri yandırmamağı tapşırıb. Qondarma icra nümayəndəsi Andranik Çavuşyan da kənd camaatını bu fikirdən daşındırmağa çalışdığını söyləyib: Sitat: “Bunlarının hamısının günahkarı Arayik Harutyunyandır. Burada ordu deyilən bir şey qalmayıb. Camaat mühasirədə qalıb. Zabuxda 200 nəfər var. Siyahını hələ tərtib etməmişik. Bəziləri ümid edirlər ki, geri qayıdacaqlar. Onlar bu vəziyyətlə barışa bilmirlər”. Sitatın sonu Erməni siyasi fəal Hovannes İşxanyan öz feysbuk profilində Zabux kəndində məskunlaşan ermənilərlə bağlı video paylaşıb. 1994-cü ildən Zabuxda yaşayan Armen Barseqyan iddia edib ki, ərazidən müvəqqəti çıxırlar. SİTAT: “Bizə deyirlər ki, heç nəyə toxunmayın, bir müddət sonra qayıda bilərsiniz. Cavab verirəm ki, sənin bundan sonra hansı silahın olmalıdır ki, qayıdıb yenə kəndi ala bilək?” Sitatın sonu. Qeyd edək ki, Armen Barseqyanın köç hazırlığını əks etdirən videogörüntülərdə evin qarşısında silah yeşiklərini də görmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR