Ermənilər indi də Novruzu oğurlamağa çalışırlar
“Yeni gün" mənası verən Novruz bütün dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq üç min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.
Bu bayram xalqların məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə bağlı olub.
Hazırda Novruz Azərbaycan da daxil olmaqla, 7 ölkədə qeyd edilir. İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan. Qardaş Türkiyənin bəzi bölgələrində isə Novruz fərqli adlarla qeyd edilir. Məsələn, Qaziantəp və ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Malatyada Novruzu “Qışbitdi bayramı”, Girəsunda “Mart bozumu” adlandırırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli isə deyir ki, Şimal yarımkürəsində yaşayan xalqlar da Novruzu qeyd edirlər, amma fərqli şəkildə.
Azərbaycan SSRİ Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Novruz bayramınız mübarək!
AYTƏN SAKİTQIZI
APA TV