Ermənilər Tovuzu atəşə tutdu

# 11:00
3 mart 2022

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Xəbərə görə, Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR