“Ermənilər yandırdıqları kilsələri azərbaycanlıların işi kimi qələmə verdilər”

# 15:44
16 mart 2023

BMT Baş Assambleyasının İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans davam edir. Konfransın növbəti plenr iclasında ekspertlər “Müstəmləkəçilik, yeni imperializm və İslamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunu müzakirə edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən paneldə çıxış edən İraqlı nümayəndə, Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mats Muhi Əbdülhəmid bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində də deyib ki, islamofobiya uzun müddət Ermənistanın ideologiyasına çevrilib və bunun təbliğatı üçün Ermənistan bəzi ölkələrdən dəstək alıb.O, Qarabağda öz gözləri ilə məscidlərin necə dağıdıldığını gördüyünü bildirib.

Daha sonra çıxış edən Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri qeyd etdi ki, islamofobiya ilə mübarizənin effektivliyi üçün BMT və Avropa Parlamentində qanunların, sənədlərin qəbul olunmasına nail olmalıyıq. Qurum rəsmisinin sözlərinə görə bəzi Qərb ölkələrində, bəzi qərb düşüncəsində daimi olaraq islam anlayışına qarşı neqativ yönümlü fikirlər səsləndirilir.

“İslamofobiyanın tarixi və müasir aspektləri” mövzusunda çıxış edən Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirov da diqqətə çatdırdı ki, Ermənilərin 30 illik işğal zamanı Azərbaycanın tarixi abidələrinə, dini abidələrə qarşı etdiyi vəhşiliyə və təhqirlərə rəğmən, bu gün Bakının mərkəzində erməni kilsəsi sağ-salamatdır.

“Wilfrid Laurier” Universiteti, Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin “Gender orientalizmi, müstəmləkəçilik, imperializm və islamofobiya” mövzusunda çıxış etdi. Bildirdi ki, islamofobiya Kanadada inanılmaz həddə çatıb. O, diqqəti daha çox  1 yanvar 2019-cu ildə və 6 iyun 2021-ci illərdə baş verən hadisələrinə  yönəldərək hər iki dəhşətli hadisədə müsəlman qadınların hicablı formada olmasını  xatırlatdı.

Çıxışlardan sonra ümumi suallar ətrafında müzakirə davam edib. Xatırladaq ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR