“Ermənilərin burada etdiklərini beynəlxalq təşkilatlar da görməlidirlər”

# 20:21
7 fevral 2023

Fevralın 6-da Beynəlxalq səyyahlar Ağdama səfər ediblər.

 

Onlar əvvəlcə Şəhidlər xiyabanında olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov səyyahlara Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verib. O, işğal vaxtı qəbiristanlığın tamamilə dağıldığını qonaqların diqqətinə çatdırıb və Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı önündə şəhidin həyatı barədə danışıb.  O cümlədən, Xocalının işğalı zamanı minlərlə soydaşlarımızın əsirlikdən xilas edilməsində Milli Qəhrəmanın xüsusi əməyinin olduğunu beynəlxalq səyyahların diqqətinə çatdırılıb. Növbəti dayanacaq Ermənistanın işğalı zamanı dağıntılara məruz qoyulmuş Ağdam poçtu və Ağdam Dram Teatrının binasının qalıqları önündə olub. Ağdamın işğaldan öncə iqtisadi əhəmiyyətli, multikultural şəhər, o cümlədən, Qafqazın mədəniyyət mərkəzlərindən biri olduğu barədə məlumat verən Araz İmanov qonaqlara tikililərin işğaldan öncə çəkilmiş fotolarını da nümayiş etdirib.

İşğaldan azad edilmiş ərazilərə beynəlxalq səyyahların səfərlərinin təşkilatçısı Mehrac Mahmudov deyib ki, biz beynəlxalq səyyahlara Ağdamda törədilən vəhşilikləri göstərdik. O əlavə edib ki, turistlər buradakı yenidənqurma və infrastruktur işləri ilə də tanış olublar. Mehrac Mahmudov Beynəlxalq səyyahların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərlərin təşkilinə görə qürur duyduğunu da əlavə etdi.

 

 

Xarici səyyahlar də Ağdamda gördükləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Xatırladaq ki, 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzura səfər ediblər. Heyət üzvləri 3 gün ərzində işğaldan azad edilmiş Füzuli, Xocavənd, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, və Ağdamda olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR