Erməninin öyrətdiyi adamlar gəlib, Naxçıvan haqda fikir söyləyirlər - Siyavuş Novruzov
“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir: “Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orda da aparır. Korrupsiya harada var, ora yoxlanılır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı, yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın”.
DİGƏR XƏBƏRLƏR

Cənub bölgəmizdə bitən qeyri-adi bitki: Yeyənin beyni daha yaxşı işləyir

Azərbaycan-Misir sənədləri imzalanıb

SEPAH-ın polkovniki səfirliyimizə hücum planından danışıb
