Ermənistan hava məkanını İran PUA-larına niyə açır?

# 13:58
1 aprel 2023

İranın Azərbaycanla sərhəddə qoşun toplamasının ardından Ermənistanın bu ölkənin PUA-larına öz hava məkanını açdığına dair xəbərlər yayılıb. Son dövrlər İranın Azərbaycana qarşı təxribatları, eyni zamanda əsassız ittihamları beyinlərdə “regionda yenidən müharibə alovlana bilərmi” sualı doğurur. Bu suala “hə” cavabı verənlərin isə əksəri erməni siyasi şərhçilərdir.

Azərbaycanlı siyasi və hərbi ekspertlər isə bildirirlər ki, İranın bu addımları təzyiq xarakterlidir. Onların fikrincə, bu günə qədər Tehranın Ermənistan vasitəsilə həyata keçirmək istədiyi planların heç biri özünü doğrultmayıb.

Rəsmi Tehranın İrəvanla əlbir olub Azərbaycana qarşı yürütdüyü siyasət əslində İranın öz maraqlarına qarşıdır. Sözügedən müharibə reallaşarsa, bu nəticə etibarilə İranın böyük parçalanmalara məruz qalmasına gətirib çıxara bilər.

Hərbi ekspert Ədalət Verdiyev isə düşünür ki, Ermənistan Vətən müharibəsində və ondan sonraki müddətdə məruz qaldığı məğlubiyyətlər fonunda öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif variantlara əl atır.

Ekspertlər düşünürlər ki, əslində Ermənistan İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi üçün bu cür addımların atılmasında maraqlıdır. Son vaxtlar bölgədəki siyasi proseslər, Azərbaycana qarşı təhdid çıxışları, hücumlar, terror aktları isə onu deməyə əsas verir ki, İranın mövcud rejimi Azərbaycan xalqının düşmənidir. Bu rejim dəyişməyənə qədər ölkələrimiz arasında normal münasibətlərin qurulması ağlabatan deyil.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR