"Ermənistan təxribata davam etsə... "

# 21:53
24 sentyabr 2021

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələri zamanı bir neçə məsələyə xüsusilə toxundu. Bunlardan biri də Birləşmiş Millətlər Təşkilatının  Keçmiş Dağlıq Qarabağ probleminin həlli istiqamətində olan fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin şərhi idi. Video formatında baş tutan sessiyada prezident BMT ilə bağlı bunları söylədi: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələrinin icrasını özü təmin etdi və bu yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər ilk belə haldır”. 

 

Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov BMT-nin 1993-cü ildə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin bu qətnamələrin heç birini yerinə yetirmədiyini dedi. Komitə sədrinin sözlərinə görə, “ölkə başçısı haqlı olaraq BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinin və bütövlükdə BMT-ni bu müddət ərzində fəaliyyətsiz olduğunu bildirdi”.

 

Bu problemin həlli ilə bağlı minsk qrupu yaradılmışdır.  Mins qrupunun üzvlərindən 3 –ü BMT təhlükəsizlik şurasının daimi üzvüdür. Ancaq  çox təəssüf ki, bunlarda heç nə etmədilər. Əksinə onların demək olar ki hamısı Ermənistanın havadarları idi.  Bütün dünya da görürdü ki, bizim öz sərhədlərimiz də və İşğal olunan torpaqlarımızda ermənilər təxribat törədir, bizim mülki insanlara atəş açırdılar.  Bizim də səbrimizin tükənən həddi var idi. Biz istəyirdik ki bu məsələ BMT vasitəsi ilə həll olsun.  ATƏT-in minsk qrupunun həmsədrləri bu işi yerinə yetirmədi.

 

Ziyafət Əsgərov deyir ki,  Azərbaycan BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinin 51-ci maddəsinə uyğun, özünü müdafiə hüququndan istifadə etməklə öz torpaqlarını işğaldan azad etdi və bu qələbə BMT-nin öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi ilə bağlı həm də dünyaya verilən mesaj oldu.

 

Kimə isə lazım olanda, hansısa digər dövlətə gərəkəndə qələmin mürəkkəbi qurumadan bu məsələ həllini tapır. Lakin Azərbaycana gələndə, onun ərazi bütövlüyünə, dünya tərəfindən tanınan sərhədlərinin müdafiəsinə gələndə bu məsələ 30 il davam edir. Hansı səbəbə görə? Təəssüf ki bu günə qədər işağaldan azad olunan ərazilərdə erməni təğribatı davam edir.    Cənab prezidentin bir fikridə  xüsusən önəmli idi ki, əgər Ermənistan bu cür təxribatları davam etdirsə bu dəfə bir yox, 2, 3 qat artıq yumruq görəcək. Yumruq hər zaman hazırdır.

 

 Deputat Arzu Nağıyev də bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı bizim ərazi bütövlüyümüzü tanıyırsa, niyə ermənilərin ərazimizdən çıxarılması istiqamətində addımlar atmadı? Onun sözlərinə görə, həmin 4 qətnamənin yerinə yetirilməsi erməni qoşunlarının işğal edilən ərazilərimizdən qısa vaxt ərazində çıxarılmasını tam təmin edəcəkdi. 

 

Təəssüf ki bunu etmədi. Müharibə və ya sülh yolu ilə bu məsələ həll olunmalı idi. Lakin olunmadı. Azərbaycan öz üzərinə bu məsələni götürərək, hərbi yolla həll etdi. Dünyada analoqu olmayan hal idi ki, BMT özünün qərarlarına belə yanaşsın. Elə dövlətlər var idi ki BMT həmin işləri 5 10 günə həll edirdi. Ancaq bizdə bu olmadı. Lakin Azərbaycan yeganə dövlət idi ki özü həll etdi bu məsələni.  Düşünürəm ki cənab prezidentin məhz belə bir kürsüdən bu məsələni qaldırması, çox vacib məsələ idi.

 

Arzu Nağıyev onu da əlavə etdi ki, Azərbaycanın Ali Baş Komandanının qətiyyətli mövqeyi, ordumuzun rəşadəti sayəsində İşğal altında olan torpaqlarımızı azad edərək, ərazi bötüvlüyünü bərpa edib. Bu həm də dünya dövlətlərinə hər bir ölkənin sərhədinə hörmətlə yanaşmaq anlamında verilən mesajdır.

 

Xələf Xələfov

Əli Əkbər

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR