Ermənistanda qadınlar da əsgərliyə gedəcək - Qərar verildi
Ermənistanda qadınlar üçün könüllü hərbi xidmətin tətbiqi planlaşdırılır.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Qeyd edək ki, daha öncə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan qadınların hərbi xidmətə qəbulu ilə bağlı qanun layihəsinin hazırlandığını bildirmişdi.