Estetika, yoxsa təhlükə? - Vinirin dişlərimizə hansı təsirləri var? – APA TV

# 18:36
7 oktyabr 2022

Gülüş hər kəsə yaraşır. Ancaq bəzilərimizdə dişlərimizlə bağlı komplekslər də yaradır. Azacıq rəng dəyişimi belə bəzən özümüzü narahat hiss etməyimizə səbəb olur. Bu cür hallarda əksər insanlar vinir üçün stomatoloqlara üz tuturlar. Son vaxtlar isə ölkəmizdə vinir üçün müraciətlər sürətlə artır. Bəs vinirlər sağlamlığımıza təsir göstərə bilərmi? Gözəl görünmək istəyərkən sağlamlığımızı itirmək ehtimalı varmı?

 

Şəhərdə apardığımız sorğu zamanı vətəndaşların əksəriyyəti bunun lazımsız olduğunu bildirdilər.

 

Bəs həkimlər necə düşünür? Kimlər vinir üçün stomatoloqa müraciət edə bilərlər?

 

Stomatoloq Rəsul Nəsrəddinov deyir ki, vinir konstruksiya növüdür, material deyil: “Əfsuslar olsun ki, Azərbaycanda və bir neçə MDB ölkələrində vinir haqqında səhv məlumatlar yayılıb. Hər bir xəstəliyin, hər bir patalogiyanın özünəməxsus coğrafi xüsusiyyətləri var.  Baxanda əksəriyyətimizin onurğasında problem var. Onurğa problemli adamların çox zaman çeynəmə aparatında problemlər olduğu üçün  kənaraçıxmalar olur, patalogiyalar baş verir. Bu cür kənaraçıxmalarda vinir artıq səhvi bağışlamır, artıq yavaş-yavaş qırılmalar baş verir”.

 

Stomatoloq qeyd edir ki, gigiyenaya fikir verilmədikdə vinir dişin itirilməsinə gətirib çıxara bilər: “Bizdə gigiyena statusu o qədər də qənaətbəxş deyil. Əksər pasiyentlər gələndə diş daşlarını, ərplərini görürük. Gigiyenaya o qədər də fikir verilmir. Gigiyenik prosedur olmayanda nə olur desək, hesab edin ki, dişdir, dişin üzərinə vinir qoyulub və onların aralarındakı sərhəddə ikincili kariyes əmələ gəlir. Və həmin bu kariyesdə sonradan vinir konstruksiyasının qeyri-invosiv konstruksiyalarla dəyişdirilməsinə gətirib çıxarır. Ən yaxşı halda qapaqlarla əvəz olunur. Ən pis halda isə vinir üzündən diş itirilə bilir”.

 

Bəs pasiyentlə həkim arasında anlaşılmazlıq yaşanarsa, pasiyentlər nə etməlidir?

 

Vəkil Elsevər Tanrıverdiyev deyir ki, hər bir halda hər hansı bir xidmətin göstərildiyi zaman tərəflər arasında hüquq və vəzifə reydi yaranır: “Bu hüquq və vəzifələrin müəyyən olunması üçün qarşılıqlı razılaşma və o razılaşma əsasında müqavilə bağlanması məqsədə uyğundur”.

 

Vəkil qeyd edir ki, həkimin təqsiri nəticəsində pasiyentə zərər dəymiş olarsa, pasiyent dəymiş maddi ziyanın konpensassiya edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

 

Aysel Əliyeva,

Fariz Quluyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR