Ev sahibi yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT
İsmayıllı rayonunda yanğın baş verib, bir nəfər yanaraq ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Ümumi sahəsi 320 kvadratmetr olan evdə baş verən yanğın zamanı içəridəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı orada ev sahibi, 1943-cü il təvəllüdlü Ruhəngiz Muradəliyevanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub, yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
DİGƏR XƏBƏRLƏR

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
