Evdə qaz sızmasından yanğın baş verdi
Salyanda yanğın hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Yanğının baş verməsinin səbəbi qaz sızması olub. Yanğın nəticəsində kənd sakinləri, 1949-cu il təvəllüdlü Abdullayeva Nargilə Sadiq qızı və nəvəsi - 2005-ci il təvəllüdlü Abdullayev Sirac Ceyhun oğlu evə sızan qazın qəfil alovlanmasından yanıq xəsarətləri alıblar. Nənə və nəvə yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
