FHN-dən sağlamlıq imkanları məhdud uşaqlar üçün təlim

# 17:09
26 aprel 2022

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Şüvəlan qəsəbəsindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva bildirib ki, təlimin keçirilməsində məqsəd fövqəladə hadisə baş verdikdə davranış qaydaları, o cümlədən təxliyə zamanı təhlükəsizliyin təmin olunması barədə müəllim və şagirdlərə zəruri nəzəri və praktiki biliklərin aşılanmasıdır.

 

İnternat məktəbinin direktoru Umnisə Nəcəfbəyova təlimin əhəmiyyətindən danışaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb: “Qeyd etmək istəyirəm ki sağlamlıq imkanları məhdud uşaqlar üçün belə təlimlərin keçirilməsi çox vacibdir. Xüsusən də belə sağlamlıq imkanları məhdud uşaqlar üçün”.

 

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyir ki, təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub: “Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisə baş verdikdə davranış qaydaları, o cümlədən təxliyə zamanı təhlükəsizliyin təmin olunması barədə müəllim və şagirdlərə zəruri nəzəri və praktiki biliklərin aşılanmasıdır. Təlim iki hissədən ibarət idi. Nəzəri hissədə müəllim və şagirdlərə təxliyə prosesi haqqında maarifləndirici məlumatlar verilmişdir“.

 

Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR