FHN-in 190 əməkdaşı yarışdı

# 20:24
20 may 2022

16-20 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun stadionunda nazirliyin əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib.


Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə keçirilən çempionatda 19 komandadan 190-a yaxın idmançı iştirak edib.
Çempionatın final mərhələsini Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının texniki direktoru Cahangir Həsənzadə, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər.

3-cu yer uğrunda keçirilən görüşdə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası Mülki Müdafiə Qoşunlarını məğlub edib.

Finalda Maddi-Texniki Təchizat İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları qarşılaşıb. Maddi-Texniki Təchizat İdarəsinin komandası 4-2 hesabı ilə qalib gəlib.


Sonda qaliblərə kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.
 

Semral Cavad
Fariz Quluyev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR